Komissar Messini görün kimlərlə müqayisə etdi: Futbol dünyasından xəbərdar deyilsinizsə…

10.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

MLS-in komissarı Don Qarber "İnter Mayami"nin kapitanı Lionel Messinin populyarlığından danışıb.

Publika.az xəbər verir ki, o, argentinalı superulduzu dünya şöhrətli müğənnilərlə müqayisə edib:

“Əgər siz futbol dünyasından xəbərdar deyilsinizsə, Leonun ümumi cazibəsini, böyük populyarlığını və ulduzluğunu təsəvvür etmək çətindir. Demək istəyirəm ki, o, Maykl Cekson və Teylor Sviftdir və bizim liqamızda oynayır".

Qeyd edək ki, Messi 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Onun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna kimidir.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью