Komissiya ilk iclasa toplaşır Əfv gözlənilir

12.02.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-cü il üçün ilk iclası keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev qeyd edib ki, iclasda daxil olan müraciətlərə baxılacaq:

“Ötən illərin təcrübəsinə əsasən, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur. Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərar Prezident tərəfindən verilir. Çünki əfv hüququ Prezidentin müstəsna - konstitutsion səlahiyyətidir”.

O, qarşıdakı müddətdə əfvlə bağlı sərəncamın gözlənildiyini, amnistiya ilə bağlı isə hər hansı məlumata malik olmadığını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью