Komitə namizədləri bəyəndi, Milli Məclisə tövsiyə etdi

30.10.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, komitə sədri Zahid Oruc namizədlər barədə məlumat verib.  

O deyib ki, namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.

Deputatlar namizədlər barədə fikirlərini bildiriblər.

S.Əliyeva, C.Qaracayev və E.Vəliyeva çıxış edərək onlara göstərilən etimada görə təşəkkür edib.

Çıxışların sonunda namizədlər parlamentin plenar iclasında müzakirəyə tövsiyyə edilib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью