Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Media nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin nəzərinə...
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
O, həssas məsələlərlə bağlı məlumatların yayılması zamanı daha diqqətli, məsuliyyətli və həssas davranmağın vacibliyini vurğulayıb.
Teymur Mərdanoğlu xüsusilə zorakılıq hallarında zərərçəkmiş şəxsin kimliyinin, şəxsi məlumatlarının, görüntülərinin və digər məlumatlarının ictimailəşdirilməsinin həmin şəxsin təhlükəsizliyinə, ləyaqətinə və hüquqlarına əlavə risk yarada biləcəyini qeyd edib.
“Araşdırmanın nəticələrini qabaqlayan, təsdiqlənməmiş məlumatların və müxtəlif mülahizələrin yayılması isə zərərçəkmiş şəxsə onsuz da yaşadığı travmanın üzərinə əlavə psixoloji və sosial yük gətirə bilər”, – deyə o bildirib.
Mərdanoğlu məlumat yayarkən insan ləyaqətinin və məxfiliyin qorunmasının vacibliyinə diqqət çəkib.
“Unutmayaq ki, məlumat vermək qədər necə və hansı çərçivədə məlumat yaymaq da məsuliyyətdir. Belə hallarda insan ləyaqətinin, məxfiliyin və “zərər vermə” prinsipinin qorunması hər birimizin əsas məsuliyyəti olmalıdır”, – deyə paylaşımda vurğulanıb.
Əli Hüseynov