Komitə sədri: 200dən çox bina qəzalı vəziyyətdədir

12.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

“200-dən çox bina, 7000-dən çox mənzil qəzalı vəziyyətdədir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, binaların bəziləri ilə bağlı işlər artıq təşkil olunub: “Bununla bağlı həm özəl sahibkarların, tikinti şirkətlərinin investor kimi cəlb olunması, həm də dövlət vəsaiti hesabına qəzalılığın aradan qaldırılması nəzərdə tutulub".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью