Komitə sədri: “Elə sinif var ki, 35 40 şagird təhsil alır”

13.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bunu  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bununla bərabər siniflərdə oxuyan uşaqların sayı bəzən çox olur: 

“Elə sinif var ki, 35-40 şagird təhsil alır. Xahiş edirəm ki, bu məsələ gələcəkdə nəzərə alınsın. Bir sinifdə 18-20 şagird olsun. Belə olarsa, həm müəllimlər yerləşə bilər, həm də uşaqlar keyfiyyətli təhsil alar. Təhsil ümumxalq işidir, təkcə bir nazirliyin vəzifəsi deyil. Bu, bizim balalarımızın gələcəyi üçün, inkişafı üçün çox faydalı ola bilər”.

Mürtəza
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью