Komitə sədri: “Əməkhaqqı bu məbləğdən aşağı ola bilməz”

02.02.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Mövcud qanunvericiliyə görə ölkəmizdə əməkhaqqının minimum məbləği Nazirlər Kabinetinin təklifinə əsasən cənab Prezidentin fərmanı ilə müəyyən olunur. Hökumət tərəfindən təkliflər hazırlanarkən ölkənin sosial- iqtisadi vəziyyəti, yaşayış minimumu, əhalinin gəlirləri, inflyasiya, əmək bazarında vəziyyət və s. faktorlar nəzərə alınır”. 
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə çıxışında deyib.
O bildirib ki, minimum əməkhaqqı ölkə üzrə məcburidir:
“Mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur. Əmək müqaviləsində göstərilən əməkhaqqı minimum əməkhaqqından aşağı ola bilməz. Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əməkhaqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq”.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью