Komitə sədri: Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılması məsələsi yoxdur

28.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılması məsələsi yoxdur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, yaxın 10 ilə qədər DSFM-nin dayanıqlılığı təmin olunmamışdı:

“200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kimisə istəyinə bağlı olan məsələ deyil”.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью