Komitə sədri Salatın Əhmədlini təbrik etdi

22.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlini 70 illik yubileyi münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Fazil Mustafa təbrik məktubunda Salatın Əhmədlinin Azərbaycan dilinin zənginliklərinin öyrənilməsi, milli-mənəvi irsin qorunması və elmi-ədəbi düşüncənin inkişafı istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Komitə sədri 2024-cü ildə nəşr olunan “Ağstafa-Qazax bölgəsinin izahlı dialektoloji sözlüyü” kitabının bölgənin dil yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb:

"Sizin fəaliyyətinizin dəyəri həm də ondadır ki, bölgənin söz sərvətinə göstərilən diqqət bütövlükdə Azərbaycan dilinin zənginliyinə, milli kimli-yimizin qorunmasına və nəsillərarası mənəvi varisliyin möhkəmlənməsinə xidmət edir. Yetmiş yaş insan ömründə həm geridə qalan illərin mənəvi hesabatı, həm də yeni arzuların, yeni yaradıcılıq niyyətlərinin başlanğıcıdır. İnanıram ki, bundan sonra da zəngin həyat təcrübəniz və sözə bağlılığınızla milli-mədəni irsimizin öyrənilməsinə dəyərli töhfələr verəcəksiniz".

Komitə sədri Salatın Əhmədliyə möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və yeni kitablar arzulayıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью