Komitə sədrindən bayram təbriki | Icma.az
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı təbrik ismarıcında bu günün anlamına özəl vurğular edilib: “Bu gün Azərbaycan Respublikasında Milli Dirçəliş Günü - dövlət bayramıdır.
Bu bayram öz qaynağını 1988-ci ilin son aylarında Bakıda baş vermiş tarixi hadisələrdən alır (17 noyabr - 05 dekabr 1988-ci il).
Keçmiş SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX yüzilin 80-ci illərinin sonunda respublikamızda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.
- 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq (keçmiş Lenin) meydanında baş verən uzunmüddətli və ümumxalq mitinqləri ciddi nəticələrə gətirib çıxardı.
Beləliklə, sözügedən dönəmdəki və gündəki hadisələr çağdaş milli-azadlıq hərəkatı tarixinə qızıl hərflərlə yazılaraq, respublikamızın istiqlaliyyət qazanmasında əsas amilə çevrildi.
Çox şadıq ki, son dörd il içində digər bayramlarımız kimi 17 Noyabr - Milli Dirçəliş Gününü də əsl bayram dadına, ovqatında keçirə bilirik.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, dövlət-xalq birliyi zəminində Qarabağ və Şərqi Zəngəzurun düşmənin 30 illik işğalından qurtulması əsl milli dirçəliş hadisəsi olaraq xarakterizə oluna bilər.
Tam oxu
Xəbəri oxu