Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

30.09.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün çox sayda qanunsuz evlər var, onlar ildə bir dəfə bələdiyyələrə əmlak vergisi verməlidirlər, qeydiyyat olmadığı üçün bunu ödəmirlər. Nəticədə bələdiyyələr 300-500 min evdən bu gün vergi yığa bilmirlər”. 
Bizim.Media xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O, bununla bağlı Vergi Məcəlləsinə və müvafiq qanunlara dəyişiklik edilməsini təklif edib. 
Bundan başqa, deputat bələdiyyələrə fiziki və hüquqi şəxslər eyni vergini ödədiyini qeyd edib:
“Bu da bələdiyyələrin maddi fondunun yaxşılaşdırılmasına imkan yaratmır. 27 il keçməsinə baxmayaraq bələdiyyələrin xəritələri hələ də verilməyib”.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью