Komitə sədrindən sənədsiz evlərlə bağlı şad xəbər: 2027 ci ildən...

20.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bu istiqamətdə addımlar atılır. Cənab Prezidentin bununla bağlı sərəncamı var. Evlərin sənədləşdirilməsinin bələdiyyələrin əmlak vergisinə böyük təsiri olacaq".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Onun sözləriə görə, bəzi mənbələr 300 min, bəziləri isə 500 min sənədsiz evin oludğunu bildirir:

"Bu evlər tam şəkildə sənədləşdirildikdən sonra vətəndaşlarımızın rahatlığına şərait yaradacaq. Bəzi bu cür yerlərə qaz, işıq, su, internet verilə bilmir. Ona görə ki, orada sənəd yoxdur. Sənəd yoxdursa, abonent ola bilmir. Nəticə etibarı ilə vətəndaşımız əziyyət çəkir. Eyni zamanda bu istiqamətdə veriləcək vergilər və digər məsələlər kənarda qalır. Yəqin ki, sənədsiz evlərin sənədləşdirilməsi 2027-ci ildən daha da sürətləndiriləcək. Vaxtilə kimlərinsə səhlənkarlığı ucbatından belə evlər tikilib, onlara şərait yaradılıb. Artıq bu evlər tikilib, vətəndaşlar xərc çəkiblər. O baxımdan belə evlərin sənədləşdirilməsi vacibdir. Sənədləşdirilmə işini bir neçə dəfə yüngülləşdiriblər. Hətta Sovetlər Birliyi dövründə verilən sənədlərlə bağlı da sənədləşdirilmə üçün şərait yaradılıb. Yenə də belə evlərin sənədləşdirilməsi sürətləndirilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью