Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sentyabrın 11-də Kəlbəcər rayonunda vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, görüş sentyabrın 18-də saat 11:00-da Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə keçiriləcək.