Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xərcləri üçün növbəti il ərzində 4,7 milyon manat vəsait sərf olunacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bu xərclər məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar, onların ailə üzvləri ilə sosial-psixoloji və psixopedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı kimi nəzərdə tutulub”, - deyə nazir müavini qeyd edib.
Nuranə Daxilqızı