Kommunal qiymətlərinin azaldılması ilə bağlı TƏKLİF KONKRET

25.01.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkənin müxtəlif bölgələrində yaşayan sakinlər kommunal xərclərin yüksək olmasından və bu ödənişləri qarşılamaqda çətinlik çəkdiklərindən şikayətlənirlər.

KONKRET.az xəbər verir ki, sakinlərin bir qismi İctimai TV-yə açıqlamalarında xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından da istifadə etdiklərini bildiriblər.

Onların sözlərinə görə, kənd yerlərində hava şəraiti şəhərlərlə müqayisədə daha sərt keçir. Bu səbəbdən qaz sərfiyyatı artaraq müəyyən edilmiş limiti aşır və nəticədə ödənişlərin məbləği ailə büdcəsi üçün ciddi problemə çevrilir. Belə hallarda ailə üzvləri bir otaqda toplaşaraq odun sobası vasitəsilə isinməyə məcbur qalırlar.

Bəzi sakinlər yaranmış vəziyyətdən çıxış yolunu iri şəhərlərə köçməkdə görürlər.

Məsələ Milli Məclisdə də müzakirə olunub. Deputatlar bildiriblər ki, bu cür hallar şəhərlərin həddindən artıq yüklənməsinə səbəb olur və problemin həlli üçün xüsusi dövlət proqramı hazırlanmalıdır.

Deputatların fikrincə, atılacaq addımların əsas istiqamətlərindən biri məhz kommunal xərclərin azaldılması olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью