Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir. Şuranın qərarı ilə suyun, qazın, işığın qiymətləri artıb Azərbaycanda bir sıra ko
AYNA xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb. Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəristiliktəchizat"
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təkli
İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib.
Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi, borunun diametrindən asılı olaraq, 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.