“Komo” “Barsa”nın futbolçusunu birdəfəlik transfer edəcək

22.05.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda karyerasını icarə əsasında A Seriyası təmsilçilərindən "Komo"da davam etdirən və müqavilə ilə "Barselona"ya aid olan Aleks Valyenin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, İtaliya klubu futbolçunu birdəfəlik transfer edəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, "Komo" 21 yaşlı sol cinah müdafiəçisi üçün kataloniyalılara 6 milyon avro ödəyəcək.

Qeyd edək ki, ispaniyalı futbolçu A Seriyası təmsilçisi ilə 14 rəsmi matçda iştirak edib.

“Fənər” hücumçusu ilə bağlı qərarını verdi “Real” Avropa çempionu ilə maraqlanır Əvəzedicilər Liqası: XXXVI turun oyun cədvəli Mertens İtaliyaya qayıtmaq istəyir "Mançester Yunayted" Türkiyə millisinin üzvü ilə yolları ayırır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью