Apasport saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın “Komo” klubu hücumçusu Anastasios Duvikasla yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, yunanıstanlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
2025-ci ilin fevralından “Komo”nun formasını geyinən Duvikas indiyədək komandanın heyətində 68 matça çıxıb, 27 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, hücumçu ötən mövsüm 14 qolla komandasının ən yaxşı bombardiri olub. O, A Seriyasının bombardirləri siyahısında yalnız “İnter”in futbolçusu Lautaro Martinesdən (17 qol) geri qalaraq ikinci pillədə qərarlaşıb.
Kim Min Je “Bavariya”dan ayrılır? “El-Klasiko” bu kanalda - TV AFİŞA “Qalatasaray”ın qapıçısı Fransa klubunun hədəfində Aziz Yıldırım: “Maydan sonra olmayacağam” “Çelsi” - “Tottenhem” matçı bu kanalda - TV AFİŞA