Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Komo" "Çelsi"nin müdafiəçisi Trevor Çalobanın transferini bitirmək üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, "mavilər" bir neçə gün öncə 27 yaşlı ingilis futbolçunun "Komo"ya satılmasına razılaşıb. Transferin qiymətinin 30 milyon avro olacağı gözlənilir.
Qeyd edək ki, müdafiəçi 2025/26 mövsümündə meydana çıxdığı 47 matçda 3 qolla seçilib.
Əlisahib İbrahimli