Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Komo" "Çelsi"nin müdafiəçisi Trevor Çalobanın transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb.
27 yaşlı ingilis futbolçu ilə 2031-ci ilə qədər müddətə müqavilə imzalanıb. "Transfermarkt"ın məlumatına görə, transfer məbləği 30 milyon avro təşkil edib.
Qeyd edək ki, müdafiəçi 2025/26 mövsümündə meydana çıxdığı 47 matçda 3 qolla seçilib.
Çaloba "Çelsi" akademiyasının yetirməsidir. Əsas komandada yerini möhkəmləndirməzdən əvvəl o, icarə əsasında "İpsviç" , "Haddersfild " və "Lorient" də oynayıb.
Təcrübəli müdafiəçi "Çelsi"də debütünü 2021-ci il UEFA Super Kubokunda edib və London klubu bu oyunu qazanıb. Müdafiəçi "Çelsi" ilə birlikdə iki Klublararası Dünya Kubokunu və Konfrans Liqasını da qazanıb. Ümumilikdə, Çaloba "mavilər"in heyətində bütün yarışlarda 150-dən çox oyun keçirib.
Mirağa