“Komo” Çempionlar Liqasında 55 illik rekordu təkrarladı

05.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın “Komo” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda Fransanın “Lans” komandasını səfərdə 9:1 hesabı ilə məğlub edərək tarixi nəticəyə imza atıb.

İdman.Biz “Opta” statistik platformasına istinadən xəbər verir ki, Sesk Fabreqasın komandası son 55 ildə Avropa Çempion Klublar Kuboku və ya Çempionlar Liqasında səfər oyununda doqquz qol vurmağı bacaran ilk klub olub.

Sonuncu dəfə belə nəticə 1971-ci ilin sentyabrında qeydə alınıb. Həmin vaxt Niderlandın “Feyenoord” klubu Kiprdə Nikosiya “Olimpiakos”unu 9:0 hesabı ilə məğlub edib.

“Komo” həmçinin Çempionlar Liqasının 1992-ci ildən tətbiq edilən müasir formatında mütləq rekorda imza atıb. İndiyədək heç bir komanda turnirin səfər qarşılaşmasında səkkiz və ya daha çox qol vura bilməmişdi.

Maraqlıdır ki, İtaliya təmsilçisi Çempionlar Liqasında ilk dəfə məhz bu mövsüm çıxış edir.

Dörd turdan sonra “Komo”nun hesabında doqquz xal var. Komanda bu görüşlərdə 19 qol vurub və altı top buraxıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью