Komo dan müdafiəyə gücləndirmə

25.06.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

İtaliya A Seriyasında iddialı komanda qurmağa çalışan "Komo" klubu müdafiə xəttini ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, İtaliya təmsilçisi təcrübəli mərkəz müdafiəçisi Davinson Sançesi yenidən transfer siyahısına daxil edib.

Məşhur insayder Canluka Di Marsionun verdiyi məlumata görə, klub rəhbərliyi kolumbiyalı müdafiəçinin keçidini qısa müddətdə tamamlamaq üçün rəsmi danışıqlara start verməyə hazırlaşır.

Qeyd edək ki, futbolçunun "Qalatasaray" ilə 2029-cu ilə qədər müqaviləsi mövcuddur.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью