“Komo” Florensiyadan yenə qalib döndü

02.02.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Yanvarın 27-də İtaliya kubokunun 1/8 finalının daha bir oyunu keçirildi. Bununla da bu mərhələyə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, Florensiyada baş tutan yeganə matç qonaq komandanın qələbəsi ilə nəticələndi.
Maraq üçün “Fiorentina”nın bu mövsüm “Komo” ilə ilk görüşünün uğursuz alındığını xatırladaq. A seriyasının 4-cü turunun ötən il sentyabrın 21-də Florensiyada keçirilən oyununda Mandraqora 6-cı dəqiqədə hesabı açmış, Kempf ilə Adday isə ikinci hissədə komoluların qələbəsini təmin etmişdilər. Deməli, “Fio” bu dəfə meydana həm də qisas hissi ilə çıxacaqdı.
Xatırladaq ki, onda florensiyalılara Stefano Pyoli başçılıq edirdi. Təcrübəli mütəxəssisin komandanın mövsümə uğursuz başlamasına görə istefaya göndərildiyini də yada salaq. Pyolinin yerinə təyinat alan Paolo Vanolinin gəlişindən sonra “bənövşəyilər” ölkə çempionatında sonuncu yeri tərk ediblər. Ancaq “Fiorentina” hələ də A seriyasında qalmaq şansı verməyən mövqedə - 18-ci yerdədi. Hazırda bu liqada 6-cı yeri tutan “Komo” isə inadla Çempionlar Liqasına can atır.
Fransesk Fabreqasın komandası iddiasını növbəti dəfə nümayiş etdirdi. Maraqlı dı ki, ölkə kuboku matçında da 4 ay əvvəlki ssenari təkrarlandı. Pikkoli 7-ci dəqiqədə ev sahiblərini önə keçirdi. Lakin komolular bu dəfə buraxılan qola ilk hissədə Roberto ilə cavab verdilər. Fasilədən sonra isə Pas ilə onun yerinə meydana çıxan Moratanın qolları qonaqların qələbəsini təmin etdi. “Komo” növbəti mərhələdə səfərdə “Napoli” ilə qarşılaşacaq.
1/8 final
Fiorentina – Komo 1:3

Pikkoli, 7 – Roberto, 20. Pas, 60. Morata, 90+1.
Fiorentina: Kristensen, Balbo (Qosens, 66), Ranyeri, Komutso (Ponqraçiç, 84), Breşianini, Fortini, Ndur (Facoli, 66), Fabbian, Fatsini (Solomon, 73), Pikkoli (Qudmundsson, 66), Harrison.
Komo: Butez, Moreno, Ramon, Dieqo Karlos, Van der Brempt (Smolçiç, 46), Kakere, Roberto (Perrone, 70), Rodriges (Adday, 70), Da Kunya, Kün, Duvikas (Pas, 28/Morata, 86).
Bu mərhələnin digər oyunlarının nəticələri: Latsio – Milan 1:0, Yuventus – Udineze 2:0, Napoli – Kalyari 1:1, p. – 9:8, İnter – Venetsiya (D-2) 5:1, Atalanta – Cenoa 4:0, Bolonya – Parma 2:1, Roma – Torino 2:3.
Fevralın 4-5-də və 10-11-də keçiriləcək 1/4 final oyunlarında cütlər belə formalaşıb: İnter – Torino, Atalanta – Yuventus, Napoli – Komo, Bolonya - Latsio.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью