“Komo” futbolçusuna 80 milyon avro qiymət qoydu

08.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Komo”nun futbolçusu Martin Baturina karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Aston Villa” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Britaniya mətbuatı məlumat yayıb. “Komo” xorvatiyalı futbolçu üçün 80 milyon avro tələb edir.

Martin başa çatan mövsümdə 29 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью