sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Çelsi"nin müdafiəçisi Trevo Çaloba karyerasını İtaliyada davam etdirməyə yaxındı. Sport24.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "Komo" futbolçunun transferində maraqlıdır.
İtaliya klubu müdafiəni gücləndirmək üçün 26 yaşlı stopper üçün təklif irəli sürdüyü bildirilir. "İnter" də ingilis futbolçunu nəzərdən keçirir.
Çaloba ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 47 oyun keçirib və 3 qol vurub.
Qeyd edək ki, ötən mövsüm A Seriyasında 4-cü yeri tutan "Komo" tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.