Komo nun 20 yaşlı ulduzu 2 İngiltərə nəhənginin transfer hədəfidir

03.03.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyanın "Komo" klubunun futbolçusu Niko Pas karyerasını iki İngiltərə nəhəngindən birində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "CaughtOffside" yayıb.

Xəbərə görə, 20 yaşlı oyunçu "Arsenal" və "Mançester Siti"nin transfer hədəfidir.

A Seriyası komandasına ötən yay "Real Madrid"ən keçən argentinalının müqaviləsində "Kral klubu"nun onu 2025-ci ildə 8, 2026-cı ildə 9 milyon avroya almaq hüququna malik olduğu barədə xüsusi bənd var. Məhz bu məqam İngiltərə klublarını indilik gözləmə mövqeyi tutmağa məcbur edir.

Pas cari mövsüm "Komo"nun heyətində 25 matça çıxaraq 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью