Komo onu Barselona dan birdəfəlik alır

23.05.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Komo" "Barselona"nın futbolçusu Aleks Valyeni birdəfəlik alır. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

İtaliya klubu 21 yaşlı oyunçu üçün 6 milyon avro ödəyəcək. Bu məbləğin 4 milyonu bu il, qalanı isə 2026-cı ildə ödəniləcək. Sol cinah müdafiəçisi ilə 2029-ci ilin yayına qədər müqavilə imzalanacaq. 

Qeyd edək ki, Aleks Valye "Komo"ya bu ilin qışında "Barelona"dan icarə əsasında keçmişdi. Onun icarə müddəti hazırkı mövsümün sonuna qədərdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью