Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İtaliyanın “Komo” futbol klubu Niko Pasın transferi ilə bağlı İspaniyanın “Real Madrid” klubu ilə razılığa gəlib.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 21 yaşlı argentinalı yarımmüdafiəçi karyerasını A seriyası təmsilçisində davam etdirəcək.
Futbolçunun özü də “Komo”da qalmaq istəyib. Tərəflər arasında əldə olunan razılığa əsasən, keçid daimi əsasda rəsmiləşəcək.
Bununla belə, “Football España” yazır ki, “Real Madrid” Niko Pas üzərində nəzarəti tam itirməyəcək. Madrid klubu müqaviləyə 9 milyon avroluq (18 milyon AZN) geri alma hüququnu daxil etdirəcək. Bu isə İspaniya nəhənginə gələcəkdə futbolçunu yenidən heyətinə qatmaq imkanı verəcək.
Qeyd edək ki, daha əvvəl “Real Madrid”in Niko Pasla bağlı geri alma bəndini aktivləşdirmək niyyətində olduğu bildirilirdi. İspaniya klubu argentinalı futbolçunun gələcək inkişafını yaxından izləməyə davam edəcək.