Komo rəhbərliyindən azarkeşlərə xüsusi jest

08.09.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Komo"nun prezidenti Mirvan Suarso və klub rəhbərliyi Çempionlar Liqasındakı debüt matçında öz yerlərini azarkeşlərə vermək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
İtaliya təmsilçisinin rəhbərliyi turnirin ilk oyununda "Leypsiq"lə qarşılaşmanı tribunadan izləmək əvəzinə, biletləri 1950-ci il və daha əvvəl anadan olmuş "Komo" azarkeşlərinə təqdim edəcək.
Suarso bildirib ki, məqsəd klubun bütün dövrlərini dəstəkləyən sadiq azarkeşlərin tarixi Çempionlar Liqası debütünü canlı izləməsini təmin etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью