Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
İtaliyanın "Komo" klubu transfer bazarında diqqətini yenidən Madrid "Real"ına yönəldib. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, baş məşqçi Sesk Fabreqas heyətə "Kral klubu"nun iki futbolçusu Dani Karvahal və Qonzalo Qarsiya ilə gücləndirmək istəyir.
"Komo" təcrübəli müdafiəçini icarə əsasında heyətinə qatmaq imkanını dəyərləndirir. Klub rəhbərliyi Karvahalın uzun illər ərzində topladığı təcrübənin komandanın müdafiə xəttinə ciddi töhfə verəcəyinə inanır.
Klub rəhbərliyi digər transfer hədəfi olan Qonsalo Qarsiyanın da Niko Pas kimi komandada parlayacağına inanır. Baş məşqçi Sesk Fabreqas gənc hücumçuya müntəzəm oyun praktikası verməklə onun inkişafını sürətləndirməyi planlaşdırır. Məlumata görə, "Komo" artıq futbolçunun transferi ilə bağlı ilkin addımlar atıb və tərəflər arasında təmaslar davam edir.