Komoda gördüyünüz bu villa Corc Kluninin imiş Fotolar

17.09.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Komo gölü sahilində yerləşən, XVIII əsrə aid tarixi "Villa Oleandra"nın amerikalı aktyor Corc Kluniyə məxsus olduğu ortaya çıxıb. Villanın qiyməti təxminən 100 milyon dollar dəyərindədir.

Axşam.az xəbər verir ki, İtaliyanın Laqlio şəhərində, göl sahilində yerləşən bu villa klassik Avropa memarlığını Komo gölünün və ətrafdakı dağların möhtəşəm mənzərələri ilə əhatələnib. Malikanədə mərmər pilləkənlər, naxışlı tavanlar, büllur çılçıraqlar, antik əşyalarla bəzədilmiş qonaq otaqları, geniş yataq otaqları, şəxsi kinoteatr və suya açılan terraslar yerləşir. Villanın bağı isə hündür sərv ağacları, daş döşənmiş cığırlarla bəzədilib.

Məlumatlara görə, Kluni bu mülkü 2002-ci ildə əldə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью