“Komo”dan sonra “Əl Əhli” Davinson Sançez üçün yeni elçi

22.07.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

"Qalatasaray"ın müdafiəçisi Davinson Sançez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, kolumbiyalı futbolçu ilə "Əl-Əhli" yaxından maraqlanır.

Məlumata görə, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Matias Yaysl Davinson Sançez barədə onu yaxından tanıyan şəxslərdən məlumat alıb. "Əl-Əhli"nin yaxın vaxtlarda "Qalatasaray"a rəsmi təklif göndərəcəyi gözlənilir.

Xatırladaq ki, daha əvvəl İtaliyanın "Komo" klubunun da təcrübəli müdafiəçi ilə maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Davinson Sançezin "Qalatasaray"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

"Transfermarkt" portalına əsasən, 29 yaşlı futbolçunun bazar dəyəri 16 milyon avro təşkil edir.

İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью