Kompani evə buraxıldı

29.10.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bavariya”nın baş məşqçisi Vensan Kompani xəstəxanadan evə buraxılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin durumu qənaətbəxşdir və səhhətində heç bir problem yoxdur.

Kompani bir neçə gün əvvəl əvəzedici komandanın məşqini izləyən zaman huşunu itirmişdi. Mütəxəssis bu səbəbdən “Bavariya”nın Almaniya Kubokunda “Maqdeburq”la matçında texniki zonada yer almayıb.

Münhen təmsilçisi 6:1 hesablı qələbə qazanaraq, mərhələ adlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью