Kompani ilə davam!

21.10.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın “Bavariya” klubunda baş məşqçi Vensan Kompaninin müqaviləsi uzadılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssisin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb.

“Bavariya” Almaniya Bundesliqasında 7 turdan sonra maksimum nəticə göstərərək 21 xalla liderdir. Komanda Çempionlar Liqasında da 2 turdan sonra 6 xalla birinci pillədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью