Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlər səbəbindən komandanın qarşıdakı üç oyununda kömək edə bilməyəcək.
Futbolpress.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, oktyabrın 23-də məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilən və oktyabrın 28-də evə buraxılan 40 yaşlı mütəxəssis milli komandaların oyunları ilə əlaqədar noyabr fasiləsinədək yaşıl meydanlara qayıtmayacaq.
Beyin qişalarının qıcıqlanması səbəbindən yaranan hal ilə əlaqədar Kompani Dortmund “Borussiya”sı, “Atletiko” (Madrid) və “Maynts”la qarşılaşmaları buraxacaq. Bu müddətdə Münhen təmsilçisini köməkçisi Aaron Denks idarə edəcək.