Kompani nəticəni ədalətli hesab etmir

09.04.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bavariya"nın baş məşqçisi Vinsent Kompani Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "İnter"ə məğlubiyyətdən (1:2) danışıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis nəticəni ədalətli hesab etmədiyini deyib: 

"Sona qədər şanslar yaratdıq. Lakin yekun hesab həmişə ədalətli olmur. Əslində, yalnız birinci hissə arxada qalıb. Heç kim "Təslim oldum, evə gedək” deyərək 1:2 hesabı ilə kifayətlənmir. Milanda qələbə qazanacağımıza inanırıq".

Xatırladaq ki, "İnter" - "Bavariya" cavab oyunu aprelin 16-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью