Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı

19.11.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı

“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətindəki problemlərdən sonra yenidən işə qayıtması barədə danışıb.

QOL.az xəbər verir ki, belçikalı mütəxəssis klubun saytına açıqlamasında deyib:

“Ümid edirəm ki, hər şey tezliklə qaydasına düşəcək. Klubun və gecə-gündüz çalışan bütün tibbi heyətin dəstəyinə görə çox minnətdaram. Onlar mənim qayğıma qalmaq üçün əllərindən gələni etdilər.

Həmçinin işini davam etdirən və bu vəziyyətdən maksimum fayda götürməyimizə kömək edən məşqçilər korpusuna təşəkkür etmək istəyirəm.

“Atletiko” ilə oyundan çox zövq aldım. Orada olmasam da, bu, məşqçilik karyeramın ən yaxşı anlarından biri idi. Bu oyunu yaddaşımızda saxlayacağıq və gələcəkdə bizə güc verəcək. Ora qorxmadan yollandıq və meydanda əsl “Bavariya”nı gördük. Sabah komandanın yanında olacam” - deyə Kompani bildirib.

"Bavariya" noyabrın 20-də Bundesliqanın 10-cu turunda "Köln"ü qəbul edəcək.

40 yaşlı məşqçi oktyabrın ortalarında “Leypsiq”lə 6:1 hesablı matçda özünü narahat hiss etmişdi. Kompani həmin görüşdən 4 gün sonra “Arsenal”la Çempionlar Liqası oyununda komandanı idarə etsə də, iki gün sonra Münhendə məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью