Kompani yenidən iş başında

18.11.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kompani yenidən iş başında

“Bavariya”nın baş məşqçisi Vinsent Kompani səhhətindəki problemlər səbəbindən bir müddət komandadan ayrı qaldıqdan sonra işə qayıdıb.

QOL.az xəbər verir ki, belçikalı mütəxəssis bu həftə klubun məşq bazasında olub. Onun cümə günü “Köln”lə keçiriləcək Bundesliqa matçı öncəsi mətbuat konfransında da iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, 40 yaşlı məşqçi oktyabrın ortalarında “Leypsiq”lə 6:1 hesablı matçda özünü narahat hiss etmişdi. Kompani həmin görüşdən 4 gün sonra “Arsenal”la Çempionlar Liqası oyununda komandanı idarə etsə də, iki gün sonra Münhendə məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью