Kompensasiya gec tez ödənilməsə, Azərbaycan bu yola əl atacaq Deputat | Icma.az
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rusiya növbəti dəfə saxta informasiya ilə çıxış edərək Azərbaycana məxsus mülki təyyarənin vurulmasına görə kompensasiyanın ödənildiyini açıqlayıb.
Amma həqiqət budur ki, Azərbaycanın tələb etdiyi təzminatla, ödənilmiş sığorta tamamilə ayrı ödənişlərdir.
Rusiya bunları eyni qiymətləndirərək özünə bəraət qazandırır".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O qeyd edib ki, Rusiya özündə cəsarət tapıb səhvini etiraf edə bilmədiyini üçün kompensasiya verməkdən də boyun qaçırır: "Azərbaycan XİN rəsmisi bu məsələyə cavab olaraq mövqeyini bildirib.
Hamıya artıq aydındır ki, Rusiya özündə cəsarət tapıb səhvini etiraf edə bilmir. Ödənilməli olan kompensasiyanı ödəməkdən boyun qaçırır.
Nəticədə isə münasibətlərdə soyuqluq müşahidə olunur. İstənilən anda, gec-tez ədalət bərqarar olacaq.
Tam oxu
Xəbəri oxu