Kompensasiya tələb edən qadın özünü binadan atmaq istədi, söküntü dayandırıldı YENİLƏNİB

08.01.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakıda intihara cəhd edən qadın binanın damından düşürülüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, sökülməkdə olan binanın sakini Ülkər Abbasova kompensasiya ödənişi və əlavə istəkləri ilə bağlı dama çıxaraq intihara cəhd edib. 

Əraziyə FHN və polis əməkdaşları gəlib.

FHN və polis əməkdaşlarının qadınla apardığı profilaktiki söhbət nəticəsində qadın damdan düşürülüb. Onun izahatı alınıb.

Qeyd edək ki, həmin qadınla tikinti şirkəti arasında yaranan anlaşılmazlığa görə binanın söküntüsü dayandırılıb.  

***

saat 12:48

Bakıda evinin sökülməsinə etiraz edən xanım intihara cəhd edir. 

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, F. Xoyslki küçəsində qeydə alınıb.

Sökülməkdə olan binanın sakini dama çıxaraq özünü atmaq istəyir.

O, verilən kompensasiyanın azlığına etiraz olaraq bu addımı atdığını bildirir. 

https://t.me/lent_az/50482

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью