Kompüter alacaq şəxslərə xəbərdarlıq Bu kompüterlər BAHALAŞIR

11.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Windows" əməliyyat sistemi ilə işləyən kompüterlərin qiymətinin yaxın vaxtlarda daha da artacağı gözlənilir.

Redaktor.az "United Daily News"ə istinadən xəbər verir ki, "Microsoft" iyul ayında "Windows" lisenziyalarının qiymətini artırıb. Bu qərarın həm kompüter istehsalçılarına, həm də istehlakçılara təsir edəcəyi bildirilir.

Məlumata görə, "Microsoft" lisenziyalaşdırma haqlarını hər il artırır. Bu il isə qiymət artımı 7-10 faiz təşkil edib. Lisenziyanın qiyməti kompüterdə istifadə olunan prosessor modelindən asılı olaraq dəyişir.

Mənbələr üçüncü rübdə kompüterlərin qiymətinin təxminən 5 faiz arta biləcəyini bildiriblər. Bəzi modellər artıq bahalaşıb. Lakin bu artım əsasən yaddaş qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью