Kompüter niyə həddindən artıq qızır? SƏBƏBLƏR

06.07.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay aylarında kompüterlərin həddindən artıq qızması daha çox müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bu haqda mütəxəssis rəyləri "BGR"da dərc olunub.

Mütəxəssislər bunun əsas səbəblərinin yanlış istifadə və texniki baxımın vaxtında aparılmaması ilə bağlı olduğunu bildirirlər.

Onların sözlərinə görə, sistem blokunun qapalı masa içərisində və ya otağın küncündə yerləşdirilməsi hava dövranını zəiflədir və cihazın daha tez qızmasına səbəb olur.

Bundan başqa, zəif işləyən ventilyator, qurumuş termal pasta və qeyri-kafi soyutma sistemi də kompüterin temperaturunun yüksəlməsinə gətirib çıxara bilər. Güclü kompüterlərdə isə daha effektiv soyutma sistemlərindən istifadə tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, korpusun daxilində toz və kirin yığılması isti havanın xaric olmasına mane olur və bu da həddindən artıq istiləşməyə səbəb olur.

Həmçinin prosessor və ya videokartın uzun müddət yüksək yüklə işləməsi, həddindən artıq "overclock" edilməsi, köhnəlmiş drayverlər və ya viruslar da kompüterin qızmasına səbəb olan amillər sırasındadır.

Mütəxəssislər kompüterin uzunömürlü və stabil işləməsi üçün cihazın mütəmadi təmizlənməsini, proqram təminatının yenilənməsini və düzgün havalandırılan yerdə istifadə edilməsini tövsiyə edirlər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью