Kompüterinizin ömrünü uzadacaq parametrlər

06.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Windows əməliyyat sistemi ilə işləyən noutbukların batareya ömrünü uzatmaq üçün enerji parametrlərini tənzimləmək, ekranın parlaqlığını azaltmaq və fon proqramlarının fəaliyyətini məhdudlaşdırmaq tövsiyə olunur.

Bakıvaxtı.az xəbər verir ki, “MobileTalk” portalının yazdığına görə, ilk növbədə, əməliyyat sisteminin parametrlərində “Enerji və batareya” bölməsinə daxil olmaq, “Enerji tövsiyələri”ni seçmək və təqdim olunan tövsiyələri tətbiq etmək lazımdır.

Bundan əlavə, “Enerji rejimi” bölməsində “Ən yaxşı enerji səmərəliliyi” seçiminin aktivləşdirilməsi məsləhət görülür. Bu rejim bəzi fon proseslərini məhdudlaşdırır və yüksək prosessor gücü tələb etməyən tapşırıqlarda məhsuldarlığı azaldaraq enerjiyə qənaət edir.

Batareyanın daha uzun müddət işləməsi üçün ekranın sönmə və kompüterin yuxu rejiminə keçmə müddətini də qısaltmaq olar. Noutbukun əsas enerji istehlakçılarından biri olan ekranın parlaqlığını rahat səviyyəyə endirmək də batareyanın sərfiyyatını azaldır. Cihaz dəstəkləyirsə, dinamik ekran yenilənmə tezliyini aktivləşdirmək də faydalı ola bilər.

Mütəxəssislər, həmçinin “Batareya istifadəsi” bölməsindən ən çox enerji sərf edən tətbiqləri müəyyənləşdirməyi tövsiyə edirlər. Zərurət olmadıqda, bu proqramların arxa planda işləməsini məhdudlaşdırmaq mümkündür.

Qeyd olunur ki, batareyanın istifadə müddəti artdıqca onun tutumu da azala bilər. Əgər noutbukun batareyası əvvəlki ilə müqayisədə xeyli tez boşalırsa və enerji parametrlərinin dəyişdirilməsi nəticə vermirsə, batareyanın vəziyyətini yoxlamaq və zərurət yaranarsa, onu yenisi ilə əvəz etmək məqsədəuyğundur.

Murad İsmayıl 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью