Kompütersiz alim, tüfəngsiz əsgər kimidir

06.10.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“Süni intellektdən zəif istifadə edən müəllimi yaxşı müəllim hesab etmək olmaz”.  (E. Əmrullayev)

Bəs alimi  necə?  Süni intellektdən zəif istifadə edən alimi yaxşı alim  hesab etmək olarmı? Əgər alimin iş otağında kompüter yoxdursa, onda hansı süni intellektdən, internetdən, elmdən danışırıq? 

Sonra da nazir deyir ki, “mən ölkədə alim tanımıram, görmürəm”. 

Əvvəl alimi yetişdirmək, sonra ona normal şərait və elmi mühit yaratmaq, yaxşı maaş vermək lazımdır. Onda alim də, elm də, iqtisadiyyat da tədricən inkişaf edər, başqa ölkələrdə olduğu kimi. 

Bizdə son 35 ildə belə olmayıb. 

Yaxşı təhsil öz özünə yaranmır. (E. Əmrullayev). 

Elm də belədir. Yaxşı elm də  öz-  özünə yaranmır. Onu layihələndirmək, planlaşdırmaq, zəruri resurslarla təmin etmək, alimə normal həyat və iş şəraiti yaratmaq lazımdır. Yəni,  elmin inkişafı idarə edilməlidir, avtopilotda elm yaranmır.

Bu gün kompüteri olmayan alim, tüfəngi olmayan əsgərə bənzəyir. 

Kompüteri olub, interneti olmayan  alim, tüfəngi olub, gülləsi olmayan əsgərə bənzəyir.  

Kompüteri və interneti olub, süni intellekt  aləti olmayan alim,  tüfəngi, gülləsi olub,  optikası, gecəgörməsi, dronu və rabitəsi olmayan əsgərə bənzəyir.

Belə əsgər döyüşə bilir, amma:

– Uzağı görə bilmir — datanı görə bilmir, pattern-i görə bilmir.

– Gecə döyüşə bilmir — informasiya okeanında kor qalır.

– Koordinasiya edə bilmir — tək atır, ordu kimi yox.- Hədəfi 1 güllə ilə yox, 100 güllə ilə vurmağa məcburdur.

Kompüteri və interneti olub, süni intellekt aləti olmayan alim də tüfəngi və gülləsi olub, optikası, gecəgörməsi, dronu və peyk rabitəsi olmayan əsgərə bənzəyir.

Bu gün süni intellektsiz alim yeni elm yaratmır, sadəcə elmə çatmağa çalışır.

Nəsimi adına Dilçilik institunun süni intellekt şöbəsinin alimlərinin kömpüterinin olmaması, amma AMEA-nın superkompüter almaq planı tüfəngi və  gülləsi olmayan əsgərə optik gecəgörmə cihazı, dron və peyk rabitəsi almağa bənzəyir.

İlham Əhmədov

Dosent

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью