Komunal borca görə məhkəməyə verildi

15.09.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada məşhurlaşan azərbaycan əsilli reper Navai (Nəvai Bəkirov) kommunal borca görə məhkəməyə verilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Odinçovskaya Teploset” şirkəti reperdən yaşayış sahəsi, elektrik enerjisi və istilik xərclərinə görə ödəniş tələb edib.

Məhkəmə iyulun 3-də müvafiq qərar qəbul edib, avqustun 13-də isə qərarın icrasına başlanılıb.

Məhkəmə icraçıları tərəfindən reperə qarşı sentyabrın 1-də icra işi açılıb. Məlumata görə, Navaidən qaz, istilik və elektrik enerjisi üzrə 72 min rubldan (təxminən 1449 manat) çox borc tutulacaq.

Qeyd edək ki, daha əvvəl müğənni Filip Kirkorovdan da kommunal xidmətlərə görə 25 min rubldan çox vəsait tutulması barədə məlumat yayılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью