Komunnal borcunu görən qadın infarkt keçirib öldü FOTO

05.11.2024

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın Sanremo şəhərində yaşayan yaşlı qadın evinə gələn su borcunu gördükdən sonra infarkt keçirib.

"Unikal" xəbər verir ki, İtaliyada su şirkətinin səhvən yaşlı qadının evinə kommunal borc olaraq 14850 azn göndərməsi nəticəsində şok olan yaşlı qadın infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

O, 40 günlük reanimasiyadan sonra dünyasını dəyişib.

Hadisədən sonra aparılan araşdırma nəticəsində, yaşlı qadının əsl borcunun 100azn civarında olduğu ortaya çıxıb.

Su şirkəti hadisədə günahının olduğunu etiraf edərək, qadının ailəsinin yanında olacaqlarını və dəymiş ziyanı ödəyəcəklərini bildirib.

Zərifə Nağıyeva 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью