Kömürün qiyməti son 3 ilin maksimumuna yaxınlaşır

19.10.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal bazarda kömürün qiyməti qış mövsümü öncəsi enerji tələbatının artması və mayeləşdirilmiş təbii qazın (LNG) bahalaşması fonunda yüksəlib.

Kömürün qiyməti ton başına 150,40 dollara çataraq son üç ilin ən yüksək səviyyəsinə yaxınlaşıb.

Məlumata görə, kömür fyuçersləri son sessiyada 0,5%, aylıq müqayisədə 3,98%, illik müqayisədə isə 45,38% bahalaşıb.

Enerji təchizatı ilə bağlı narahatlıqlar və təbii qazın yüksək qiymətləri xüsusilə Asiya və Avropada kömürə tələbatı artırır. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, qlobal kömür tələbatı 2026-cı ildə rekord səviyyəyə çata bilər.

Bununla yanaşı, İndoneziyada ixracın avqust ayında 23% azalması qlobal tədarüklə bağlı narahatlıqları gücləndirib.

Enerji bazarlarında isə fərqli dinamika müşahidə olunur. Oktyabrın 19-na olan məlumatlara əsasən, Brent markalı neft 2,04% ucuzlaşaraq 107,62 dollara düşüb, Avropada təbii qazın qiyməti isə 0,81% artaraq 88,26 dollar olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью