Konate Fransa millisində zədələndi

24.09.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Real Madrid” futbol komandasının müdafiəçisi İbrahima Konate Fransa millisinin düşərgəsində zədələnib.

İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu dizindən zədə aldığı üçün yığmanın qarşıdakı oyunlarında iştirak edə bilməyəcək. Konate milli komandanın düşərgəsini tərk edərək müalicə və bərpa prosesini davam etdirmək üçün Madridə qayıdacaq.

Məlumata görə, fransalı müdafiəçiyə diz bağlarının burxulması diaqnozu qoyulub. Hazırda onun yaşıl meydanlardan nə qədər kənarda qalacağı dəqiqləşməyib.

Konatenin zədəsi “Real Madrid” üçün də əlavə problem yaradıb. Madrid təmsilçisinin heyətində son günlər bir neçə futbolçunun səhhəti və fiziki durumu ilə bağlı problemlər qeydə alınıb.

Qeyd edək ki, Konate yayda “Liverpul”dan ayrıldıqdan sonra azad agent kimi “Real Madrid”ə keçib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью