Konate: Qalatasaray a uduzmağımız sürpriz olmadı

01.10.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının 2-ci həftəsində "Qalatasaray" doğma meydanda İngiltərə nəhəngi "Liverpul"u qəbul edib.

Apasport.az xəbər verir ki, "cimbom" Osimhenin vurduğu qolla görüşdən 1:0 hesablı qalibiyyətlə ayrılıb.

Matçdan sonra qonaqların müdafiəçisi İbrahim Konate maraqlı açıqlama verib. 

"Qalatasaray"a qarşı məğlubiyyətin sürpriz olmadığını bildirən Konate tribunalardakı atmosferi xüsusi vurğulayıb:

"Qalatasaray"a uduzmaq sürpriz bir şey deyil. Çünki onlar çox güclü komandadır. Stadion və tribunadakı atmosfer inanılmaz yaxşı idi. Çox məyusuq, amma önümüzə baxmalıyıq".

Hansı oyun, hansı kanalda? - TV AFİŞA “Dortmund”un futbolçusu “Barsa”nın hədəfində Səudiyyə Ərəbistanı klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA “Vest Hem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью