Konate qol vurdu və göz yaşlarını saxlaya bilmədi

01.02.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Konate qol vurdu və göz yaşlarını saxlaya bilmədi

"Liverpul"un futbolçusu İbrahima Konate İngiltərə Premyer Liqasının 24-cü turunda "Nyukas"la oyunda (4:1) qol vurduqdan sonra göz yaşlarını saxlaya bilməyib.

QOL.az xəbər verir ki, ötən həftə atası rəhmətə gedən fransalı müdafiəçi qoldan sonra ağlayıb.

Oyundan sonra keçirilən mətbuat konfransında "Liverpul"un baş məşqçisi Arne Slott bildirib ki, əslində Konate komandaya bir neçə gündən sonra qoşulmalı idi: "O, mənə zəng etdi və komandanın müdafiə xəttində çatışmazlıqlar olduğuna görə geri dönmək istədiyini bildirdi. O, təkcə qolu ilə deyil, həm də bu gün əla performansı ilə seçildi".

Qeyd edək ki, Konate Premyer Liqada "Bornmut", Çempionlar Liqasında "Marsel" və "Qarabağ"la oyunları buraxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью